ABŞ-də futbol matçı faciəyə döndü
ABŞ-nin Kanzas ştatının Viçita şəhərində futbol oyunu zamanı avtomobilin azarkeşlərin toplaşdığı əraziyə daxil olması nəticəsində iki nəfər, o cümlədən bir uşaq həyatını itirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Associated Press” və “Reuters” agentliklərinə istinadən məlumat yayılıb.
Hadisə nəticəsində daha bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Məlumata görə, avtomobilin sürücüsü polis tərəfindən saxlanılıb.
Hazırda hüquq-mühafizə orqanları hadisənin başvermə şəraitini araşdırır.
Polis avtomobilin insanların üzərinə qəsdən sürülüb-sürülmədiyi barədə hələlik rəsmi açıqlama verməyib.
Hadisənin səbəbləri ilə bağlı araşdırma davam etdirilir.
19:59 18.10.2026
Oxunuş sayı: 69