Xankəndidə “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans keçirilir - YENİLƏNİB

Baş Prokurorluq, həmçinin Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Qarabağ Universitetinin tərəfdaşlığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda konfrans keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə Baş prokuror Kamran Əliyev, elm və təhsil naziri Emin Əmrullayev,
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusifov və digər rəsmi şəxslər çıxış ediblər.
Onlar çıxışlarında Ümummilli Lider Heydər Əliyev və onun davamçısı Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən danışıblar.
Daha sonra tələbələr Kamran Əliyev və Emin Əmrullayevə müxtəlif suallar ünvanlayıb.
Sonda xatirə fotosu çəkdirilib.
09:15
Xankəndidə “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans keçirilir.
Crossmedia.az xəbər verir ki, Baş Prokurorluq və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Qarabağ Universitetinin tərəfdaşlığı ilə Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans baş tutur.
Konfransda Baş prokuror Kamran Əliyev, Elm və təhsil naziri Emin Əmrullayev, dövlət rəsmiləri, hüquqşünaslar, ali təhsil müəssisələri və medianın nümayəndələri, eləcə də gənc tədqiqatçılar iştirak edir.(Report)
11:30 14.04.2025
Oxunuş sayı: 928