Vaşinqton və Pekin təhlükəli oyun oynayır: Ticarət savaşı hərbi qarşıdurmaya yol aça bilər

ABŞ və Çin arasında gərginlik günü-gündən artır və tərəflər bu ticarət savaşında geri addım atmaq niyyətində deyillər.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və Çin lideri Si Tszinpin arasında gedən iqtisadi çəkişmə artıq “kim birinci geri çəkiləcək” oyununa çevrilib və bu riskli dinamika hərbi qarşıdurma ehtimalını da gündəmə gətirir.
Tərəflər bir-birinə qarşı tarif siyasətini sərtləşdirirlər. Çin ABŞ-dan idxal olunan məhsullara tətbiq etdiyi əlavə rüsumları 125%- ə qədər artırıb. Cavab olaraq, Tramp administrasiyası da Çin mallarına tətbiq olunan tarifləri 145 %-ə çatdırıb.
İki güc arasında artan bu qarşılıqlı təzyiqlər dünya iqtisadiyyatını təhdid etdiyi kimi, daha genişmiqyaslı böhranlara da yol aça bilər.
Zəhra Məmmədova
21:17 13.04.2025
Oxunuş sayı: 1076