Türkiyədə zəlzələ olub

Türkiyədə 4,7 maqnitudalı zəlzələ olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların Samsun şəhərindən 50 km cənubda qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat verilməyib.
19:43 13.04.2025
Oxunuş sayı: 1693