"Newsweek"-in şahmat xəritəsi: Dünya üç güc arasında bölünür

"Newsweek" dərgisi dünyanın ABŞ, Çin və Rusiyanın maraq dairəsinə bölünməsini əks etdirən xəritə yayımlayıb . Dərgi Bu 3 ölkə arasında şahmat oyununa bənzər mübarizə getdiyini qeyd edib.
Crossmedia.az xəbər verir ki, təqdim edilən xəritədə hər ölkənin təsir zonaları ola biləcək regionlar var. Çinin təsir dairəsi Cənub-Şərqi Asiyanı, o cümlədən Pakistan, Hindistan və Yaponiyanı əhatə edəcək.
ABŞ “Monro doktrinasına” görə Şimal Amerikaya, o cümlədən Qrenlandiyaya hakim olacaq. Rusiyanın “payı” isə Avropanın tamamı, Türkiyə və Cənubi Qafqaz ölkələri olacaq.
"Lakin dərginin yayımladığı xəritədə problemli məsələlər var. Türkiyənin həm Osmanlı keçmişi həm Qara dənizdə oynadığı roluna görə Rusiyanın təsir dairəsinə düşməsi ehtimalı çox aşağıdır. Çünki Türk dövləti hər şeydən öncə suveren qalmağa çalışır.
Avropanın tamamilə Rusiyanın təsir dairəsinə düşməsi ehtimalı da aşağıdır, buna Rusiyanın resursları kifayət etməz. Həmçinin Avropada Britaniya, Fransa, Almaniya, Polşa kimi dövlətlər buna müqavimət göstərəcək.
Hindistan, Yaponiya və Cənubi Koreyanın da Çin təsir dairəsi kimi göstərilməsi ilə razılaşmaq çətindir. Çünki bu üç ölkə də öz resurslarına görə Pekindən aslı olmaq niyyətində deyillər və onun hegemonluğuna qarşı müqavimət göstərəcəklər".
19:30 13.04.2025
Oxunuş sayı: 1226