Ərdoğan Suriyaya səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyaya səfəri gözlənilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin XİN rəhbəri Hakan Fidan IV Antalya Diplomatiya Forumunun bağlanış mərasimində jurnalistlərin suallarını cavablandırarkən deyib.
Səfərin dəqiq tarixinin hələlik məlum olmadığını deyən nazir vurğulayıb ki, Türkiyə Suriya ilə əlaqədar siyasətində qərarlı və sabitdir.
H. Fidan onu da qeyd edib ki, NATO-ya üzv olan ölkələrin xarici işlər nazirlərinin son toplantısında Suriyanın müdafiəsi ilə bağlı atılacaq diplomatik addımlar müzakirə edilib.
17:21 13.04.2025
Oxunuş sayı: 1223