Macarıstan XİN başçısı: Bu halda üçüncü dünya müharibəsi başlayacaq

Macarıstan heç vaxt Ukraynanın NATO-ya qoşulmasına dəstək verməyəcək.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
O bildirib ki, belə bir addım üçüncü dünya müharibəsinə səbəb olacaq.
Qeyd olunub ki, Budapeşt heç vaxt Ukraynanın NATO-ya qoşulmasına dəstək verməyəcək, çünki bu addım üçüncü dünya müharibəsinə gətirib çıxaracaq.
Nazir ABŞ-nin administrasiyasının Ukraynanın NATO-ya üzvlük məsələsi ilə bağlı qeyri-real gözləntilərə son qoyduğunu diqqətə çatdırıb: "Tamamilə aydındır ki, Ukrayna NATO-ya qoşula bilməz, çünki bu dərhal üçüncü dünya müharibəsinə səbəb olacaq. Macarıstanlar belə bir addımı heç vaxt dəstəkləməyəcək".
Siyarto, həmçinin Macarıstanın ABŞ prezidenti Donald Trampa və yeni ABŞ administrasiyasına Rusiyaya birbaşa əlaqə kanallarını bərpa etdikləri üçün minnətdar olduğunu bildirib. Onun sözlərinə görə, bu, hələ də Ukraynada müharibənin bitməsinə səbəb olmayıb, amma münaqişənin eskalasiyası riskinin əhəmiyyətli dərəcədə azalması sayəsində dünya artıq daha təhlükəsiz bir yer olub.
Fatimə Məmmədova
15:20 04.04.2025
Oxunuş sayı: 1202