İran Ermənistana qaz ixracını artırmaq imkanlarını nəzərdən keçirir

"İran Ermənistandan elektrik enerjisi idxalını və bu ölkəyə qaz ixracını artırmaq imkanlarını nəzərdən keçirir".
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri İranın Ermənistandakı səfiri Mehdi Sobhani deyib.
Həmçinin, "İran Ermənistanı enerji ilə təmin edə və Çabahar limanı vasitəsilə Ermənistanı Hindistan və Mərkəzi Asiya ilə birləşdirməyə kömək edə bilər, həmçinin İraqla kommunikasiyalar qura bilər.
Ermənistan da öz növbəsində İranı Qara dənizlə birləşdirə və onun Aİİ bazarlarına çıxmasına kömək edə bilər", - deyə, o, qeyd edib.
12:00 04.04.2025
Oxunuş sayı: 1518