Rəsmi Bakı Mirzoyanın iddialarını əsassız adlandırıb

“25 mart 2025-ci il tarixində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi ilə birgə mətbuat konfransında guya Azərbaycanın sülh müqaviləsinin mətni üzrə razılaşma əldə edildikdən sonra yeni şərtlər irəli sürdüyü barədə iddiaları tamamilə əsassızdır”.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
Onun sözlərinə görə, Ermənistan xarici işlər nazirinə yaxşı məlumdur ki, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı müddəanın aradan qaldırılması, habelə Minsk Qrupunun rəsmən ləğvi tələbi son iki il yarım ərzində danışıqlar prosesinin vacib mövzuları sırasında olub.
18:24 25.03.2025
Oxunuş sayı: 690