Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Avropa çempionatına təyinat alıb

Azərbaycanın futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektoru Elçin Səmədli təyinat alıb.
Crossmedia.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Avropa çempionatının əsas mərhələsində 8-ci qrupda keçiriləcək İsveçrə - İngiltərə oyununda hakimlərin işini qiymətləndirəcək.
Qarşılaşma aprelin 15-də Yverdon şəhərində baş tutacaq.
12:30 25.03.2025
Oxunuş sayı: 907