Kral III Çarlz Kanadanın yeni Baş naziri Mark Karni ilə görüşüb

Kral III Çarlz Bukinqem Sarayında Kanadanın yeni Baş naziri Mark Karni qəbul edilib. BBC-yə xəbər verir ki, cümə günü vəzifəsinin icrasına başlayan M. Karni Londona səfəri çərçivəsində Böyük Britaniyanın Baş naziri Kir Starmerlə də “10 Downing Street”də görüşüb. O, Paris səfərindən sonra Londonu ziyarət edib. Mark Karni Parisdə də Fransa Prezidenti Emmanuel Makronla görüşərək Avropa ilə əlaqələri möhkəmləndirmək üçün müzakirələr aparıb.
Andiçmə mərasimində M. Karni Kanadanın üç əsas xalqa - fransızlara, britaniyalılara və yerli xalq nümayəndələrinə önəm verdiyini vurğulayıb.
07:24 18.03.2025
Oxunuş sayı: 941