Türkiyə ordusunun üstünlüyü və dünya liderliyi

The Telegraph qəzetinin məlumatına görə, Türk əsgərləri, əksər Avropa dövlətlərinin əsgərlərindən daha çox təcrübəyə malik olduqları üçün üstün mövqeyə sahibdirlər.
Türkiyə ordusu, ABŞ-ın komandanlığı altında NATO missiyaları çərçivəsində fəaliyyət göstərən digər Avropa ölkələrindən fərqli olaraq, muxtar hərəkət etmək təcrübəsinə malikdir.
Türkiyə hazırda həm müdafiə sənayesi, həm də hərbi güc baxımından dünya lideridir. Ölkə pilotsuz uçuş aparatları, tanklar, zirehli texnikalar, döyüş təyyarələri, hava hücumundan müdafiə sistemləri və döyüş gəmiləri istehsal edir.
Xəbərdə vurğulanır ki, Avropa təhlükəsizliyinin Türkiyəsiz qurulması ağlasığmazdır.
21:14 16.03.2025
Oxunuş sayı: 730