Rusiya XİN Lavrov-Rubio telefon danışığının təfərrüatlarını açıqlayıb

Rusiya XİN, Martın 15-də Amerika tərəfinin təşəbbüsü ilə Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında baş tutmuş telefon danışığının təfərrüatlarını açıqlayıb.
Telefon danışığı zamanı Amerika tərəfi, Qırmızı dəniz regionunda husi qüvvələrinə qarşı hərbi əməliyyat başlatma qərarını bildirərək arqumentlər təqdim edib. Lavrov isə güc tətbiqinin dərhal dayandırılmasının və daha çox qan tökülməsinin qarşısını almaq üçün siyasi dialoqun vacibliyini vurğulayıb. Həmçinin, fevralın 18-də Ər-Riyadda keçirilən yüksək səviyyəli Rusiya və ABŞ rəsmilərinin görüşündə əldə olunan razılaşmaların həyata keçirilməsinin konkret aspektləri müzakirə edilib.
Lavrov və Rubio, təmasları davam etdirmək barədə razılaşıblar.
12:20 16.03.2025
Oxunuş sayı: 752