Almaniya suriyalı qaçqınları geri qaytarır?

Almaniya hökuməti ölkədə yaşayan suriyalı qaçqınların kütləvi şəkildə geri qaytarılmasını nəzərdən keçirir. Bu məqsədlə Almaniyanın daxili işlər naziri Nensi Fayser Suriyada hakimiyyəti ələ keçirmiş terrorçu hökumətin lideri Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Culani) ilə danışıqlar aparır.
BILD qəzetinin yazdığına görə, Berlin Dəməşqə diplomatik səfər təşkil etməyi planlaşdırır. Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü Suriyanın keçid hökuməti ilə qaçqınların geri qaytarılması məsələsi üzrə danışıqlar aparıldığını təsdiqləsə də, mümkün səfərlə bağlı əlavə təfərrüat verməkdən imtina edib.
Əgər razılaşma əldə olunarsa, Almaniyada yaşayan təxminən 974 min suriyalı geri göndərilə bilər. Lakin bu şəxslər Suriyada mövcud terrorçu hakimiyyətin qırğınlarına məruz qalmaq riski ilə üz-üzə qala bilərlər.
11:20 16.03.2025
Oxunuş sayı: 707