Ukrayna XİN nümayəndəsi Lukaşenkonu “tarakan” adlandırdı

Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgi Tixiy Belarus Prezidenti Aleksandr Lukaşenkonu “tarakan” adlandırıb.
O, bu ifadəni Lukaşenkonun Ukrayna Prezidenti Volodimir Zelenski haqqında “gənə kimi davrandı” sözlərinə cavab olaraq işlədib.
"Ukrayna dövlət başçısına qarşı təhqirlər yolverilməzdir, xüsusilə də Ukraynaya qarşı aqressiya cinayətində şərik olan şəxs tərəfindən. Üstəlik, entomologiya sahəsinə keçid tarakana heç də xeyir gətirməyəcək", – deyə Tixiy X sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, Belarus prezidenti Lukaşenko daha əvvəl Ukrayna liderini tənqid edərək onu “gənə” adlandırmışdı.
08:40 16.03.2025
Oxunuş sayı: 723