Azərbaycan güləşçisi Avropa çempionatında qızıl medal qazanıb

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 Avropa çempionatına yekun vurulub. Son yarış günündə yunan-Roma güləşi üzrə Azərbaycan millisinin 2 üzvü həlledici görüşə çıxıb.
Ruslan Nurullayev (72 kiloqram) finalda rusiyalı Danil Qriqoryevlə qarşılaşıb. Ötən il Bakıda keçirilən analoji yarışda bürünc medal qazanan Ruslan bu dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nurullayev 3:2 hesablı qələbə ilə Albaniyada himnimizin 4-cü dəfə səslənməsinə nail olub.
Elmin Əliyevin (82 kiloqram) debüt etdiyi yarışda medal qazanmaq arzusu isə reallaşmayıb. O, bürünc medal uğrunda görüşdə finlandiyalı Conni Sarkkinenə 1:4 hesabıyla məğlub olub.
07:36 15.03.2025
Oxunuş sayı: 622