İsrail Suriyaya hücum edib

Suriya mediasının məlumatına görə İsrail Hərbi Hava Qüvvələri Dəməşqə hücum edib. Hava hücumunda Dəməşqin Damar rayonunda bir yaşayış binası hədəfə alınıb.
İsrailin "Kanal 12" televiziyası xəbər verir ki, hərbi hava qüvvələri Dəməşq ətrafında yerləşən Fələstinin İslami Cihad hərəkatının qərargahına zərbələr endirib.
17:43 13.03.2025
Oxunuş sayı: 491