Ukrayna komandiri: "Sudja və ətrafında aktiv döyüşlər gedir"

"Sudja və onun ətrafındakı ərazilərdə şiddətli döyüşlər davam edir".
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin komandanı Aleksandr Sırski bildirib.
"Rusiya qoşunlarının əsas məqsədi Ukrayna ordusunu Kursk vilayətindən çıxarmaq və hərbi əməliyyatları Sumı və Xarkov vilayətlərinə yaymaqdır",- Sırki vurğulayıb.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında 2022-ci ildə başlayan müharibə hələ də davam edir və regiondakı döyüşlər şiddətlənməkdədir.
Kübra Musayeva
14:39 13.03.2025
Oxunuş sayı: 390