Rusiyanın Ukraynadakı müharibə səyləri uzunmüddətli təhlükə altındadır

Rusiyanın Ukraynadakı müharibə səyləri uzunmüddətli təhlükə altındadır.
Crossmedia.az ABŞ-ın Müharibə Araşdırmaları İnstitutuna istinadən xəbər verir ki, Rusiya qarşıdakı aylarda maddi-texniki təchizat, insan resursları və iqtisadi məhdudiyyətlərlə üzləşəcək: "Əgər Rusiya qüvvələrinin itki sürəti indiki templə davam edərsə, Kreml Ukraynadakı müharibəsini orta və uzunmüddətli perspektivdə davam etdirməkdə ciddi çətinliklərlə qarşılaşacaq. Prezident Vladimir Putin Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının cəmi bir neçə həftə çəkəcəyini planlaşdırmışdı, illərlə davam edəcəyini deyil. Onun Ukraynanın öz ərazisini qorumaq qabiliyyəti və iradəsi ilə bağlı yanlış hesablamaları Rusiyanın iqtisadiyyatını və hərbi çağırış sistemini uzunmüddətli və bahalı bir müharibə üçün hazırlamamasına səbəb oldu.
O, davamlı müharibə aparmaq üçün zəruri sistemləri qurmaqdan imtina edib".
Qeyd olunub ki, Rusiyanın davam edən müharibəsi və döyüş meydanında verdiyi ağır itkilər ölkədə ciddi iqtisadi problemlərə yol açıb və bu problemlər növbəti 12-18 ay ərzində daha da dərinləşəcək.
Nabat Fərzəliyeva
14:05 13.03.2025
Oxunuş sayı: 591