Çin Gürcüstanın strateji mənzərəsində yeni əsas oyunçuya çevrilir

Gürcüstan hökuməti Qara dəniz liman layihəsini Çin Kommunikasiya Tikinti Şirkətinə (CCCC) verib və Qərbin dəstəklədiyi konsorsiumun müqaviləsini ləğv edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu dəniz limanı Pekinin “Bir Kəmər, Bir Yol” təşəbbüsünün bir hissəsidir və Çinin Qafqaza açılan qapısı rolunu oynayacaq. Layihə Asiyanı Avropaya bağlayan Orta Dəhliz vasitəsilə Rusiyadan yan keçməyə imkan verəcək.
13:05 13.03.2025
Oxunuş sayı: 476