İran XİN: “Mən ABŞ prezidentindən məktub aldım”

ISNA xəbər verir ki, dünən İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, BƏƏ prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş ilə görüşündə ABŞ prezidenti Donald Trampdan məktub alıb.
Crossmedia.az xəbər verir ki, Abbas Əraqçı bu barədə sosial media hesabında paylaşım edərək yazıb:
“Bu gün axşam BƏƏ prezidentinin diplomatik müşaviri Ənvər Qarqaşı qəbul etdim. İkitərəfli münasibətlər və regional məsələlərin müzakirəsi ilə yanaşı, ABŞ prezidentindən də məktub gəlib”.
11:10 13.03.2025
Oxunuş sayı: 1111