Estoniya Türkiyədən 230 zirehli texnika tədarük edəcək


Estoniya ordusunun döyüş qabiliyyətini artırmaq məqsədilə Türkiyədən 230 ədəd zirehli texnika tədarük edəcək.
Crossmedia.az xarici mətbuata istinadla xəbər verir ki, müqavilənin dəyəri 200 milyon avro təşkil edir.
Qeyd edək ki, razılaşma 100 ədəd Nurol Makina NMS 4×4, 130 ədəd Otokar ARMA 6×6 texnikalarını əhatə edir.
Nəzrin Salmanova
09:39 12.03.2025
Oxunuş sayı: 996