Tramp ABŞ hərbi bazalarında faydalı qazıntıların emalını planlaşdırır

ABŞ prezidenti Donald Tramp ölkənin hərbi bazalarında faydalı qazıntıların emalı müəssisələrini yerləşdirməyi planlaşdırır. Məqsəd strateji əhəmiyyətli mineralların istehsalını artırmaq və Çindən asılılığı azaltmaqdır.
Crossmedia.az xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, Tramp bu barədə müvafiq sərəncamı imzalaya bilər.
Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nəzarətində olan 12 milyon hektar torpaq sahəsi var ki, bu da yeni ərazilər əldə etmədən və yerli sakinlərin etirazları ilə qarşılaşmadan belə layihələrin həyata keçirilməsinə imkan yaradır.
Fatimə Məmmədova
23:53 11.03.2025
Oxunuş sayı: 1522