ANAMA açıq tender elan edib

Minatəmizləmə Agentliyi (ANAMA) 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.
Crossmedia.az xəbər verir ki, tenderdə iştirak haqqı 59 manatdır.
İddiaçılar təkliflərini aprelin 10-na qədər ANAMA-nın yerləşdiyi Bakı şəhəri, İbrahimpaşa Dadaşov küçəsi, 260 ünvanına təqdim edə bilərlər.
Təkliflərə aprelin 10-da, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.
Ötən il bu tenderin qalibi "Baker Tilly Audit Azərbaycan" QSC olub. Şirkətə 29,5 min manat ödənilib.
11:18 10.03.2025
Oxunuş sayı: 1032