Türkiyənin müdafiə sənayesindəki uğurları Kanadanın diqqətini çəkdi
Kanadanın Baş naziri Mark Karni Türkiyənin müdafiə sənayesində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək ölkəsinin bu təcrübədən yararlanmaq istədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Mark Karni bu barədə Türkiyənin müdafiə sənayesi imkanlarını şərh edərkən danışıb.
“Türkiyə müdafiə ehtiyaclarının təxminən 80 faizini yerli istehsal hesabına təmin edir. Kanadada isə vəziyyət belə deyil. Buna görə də öz ölkəmizdə müdafiə sənayesini necə inkişaf etdirə biləcəyimizlə bağlı Türkiyədən öyrənəcəyimiz çox şey var”, – deyə Baş nazir vurğulayıb.
Qeyd edək ki, Mark Karni oktyabrın 22-də Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlığın qurulduğu elan edilib. Tərəflər müdafiə sənayesi, təhlükəsizlik, enerji, ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.
13:15 23.10.2026
Oxunuş sayı: 54