Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun "İstiqlal" ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov təltif
edilməsi ilə bağlı təəssüratlarını
Crossmedia.az-la bölüşüb:
“Mənə verilən qiymətə görə cənab Prezident İlham Əliyevə minnətdaram. “İstiqlal”
Azərbaycanın ən yüksək ordenlərindəndir. Ümumiyyətlə mən cənab Prezidentlə
görüşdə Azərbaycandan danışdım. Azərbaycan
qısa zamanda dünyaya sübut etdi ki, belə bir ölkə var və bu ölkə ilə
razılaşmaq, hesablaşmaq lazımdır. Bu cənab Prezidentin sayəsində oldu. Biz
hamımız onunla fəxr edirik və çalışırıq ölkəmizə sadiq olaq, xeyir gətirək.
Prezidenti çoxdan tanıyıram. O, birinci
dəfə seçiləndə çıxış etmişdim və demişdim ki, İlham Əliyev qısa zamanda dünyaya
çox şeyi sübut edəcək, çox şeyləri dəyişəcək. Bu gün bunların hamsı özünü göstərir.
Hesab edirəm ki, o dahi adamdır. İşğal altında olan torpaqların işğaldan azad
ediləcəyini görəcəyimi düşünmürdüm. Axı yaşım çoxdur. İnanırdım ki, boşalacaq
amma bu qədər tez olacağına heç kim inanmırdı. Bu gün bizlər xoşbəxt adamlarıq.
Və mən özüm də xoşbəxtəm. Mən siyasəti, yaltaqlığı bacarmıram. Onun əleyhinə
bir kəlmə deyənin canın alaram. Ona görə ki, onun əleyhinə ancaq çaqqallar
danışa bilər. Onun atası Heydər Əliyev bu yolun əsasını qoymuşdu amma onu davam
etdirən cənab prezident oldu. İnanılmaz məsələləri həll etdi o. Balaca ölkə
olan Azərbaycanla bu gün bütün dünya hesablaşır”.
Ayhan