Zelenski: Rusiya ötən həftə 1200 idarə olunan bomba ilə hücum edib

Ukrayna prezidenti Vlodimir Zelenski bildirib ki, Rusiya ötən həftə Ukraynaya qarşı hava zərbələrində 1200 idarə olunan bomba və 80-dən çox raketdən istifadə edib.
Crossmedia.az xəbər verir ki, sosial media hesabında verdiyi açıqlamada, Zelenski rusların bu müddət ərzində Ukraynaya 870-dən çox pilotsuz uçuş aparatı (PUA) ilə hücum etdiyini qeyd edib.
O, bu İHA-larda xaricdə istehsal olunan komponentlərin istifadə edildiyini vurğulayaraq, Rusiya əleyhinə sanksiyaların artırılmasının vacibliyini müdafiə edib.
Zelenski, Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün müttəfiqləri ilə işləməyə davam etdiklərini və "Ədalətli sülh və etibarlı təhlükəsizlik təminatlarını təmin etmək üçün işimizi davam etdiririk" ifadəsini işlədib.
01:45 10.03.2025
Oxunuş sayı: 1250