İsrail Qəzzaya elektrik verilişini dayandırdı

İsrailin energetika naziri Eli Koen Qəzza zolağına elektrik enerjisinin verilişini dərhal dayandırmaq qərarına gəlib.
Crossmedia.az İsrail mətbuatına istinadən xəbər verir ki, İsrail Elektrik Şirkətinə (IEC) Qəzza zolağındakı elektrik stansiyalarına enerji satışını dayandırmaq əmri verilib.
Nazir Eli Koen qərarla bağlı açıqlamasında bildirib ki, “Bütün məhbusların geri qaytarılmasını təmin etmək üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik.”
Qeyd edək ki, bu qərar İsraillə HƏMAS arasında 42 gün davam edən atəşkəs anlaşmasının ilk mərhələsinin başa çatmasından sonra qəbul edilib.
21:46 09.03.2025
Oxunuş sayı: 1270