İsrail ordusu İordan çayının qərb sahilinə tanklarla basqın edib

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin şimalında yerləşən Cenin yaxınlığındakı Fələstin qəsəbəsinə tanklarla basqın edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hadisə şahidlərinin bildirdiyinə görə, İsrail hərbçiləri basqın zamanı avtomatik silahlardan istifadə edərək təsadüfi atəş açıblar. Tanklar Cenin yaxınlığındakı Barkin Vadisi qəsəbəsinə daxil olub və ərazidə gərgin vəziyyət yaranıb.
Hücum zamanı ölən və ya yaralananların olub-olmaması barədə rəsmi məlumat yoxdur. Lakin sosial mediada yayılan görüntülərdə fələstinli uşaqların İsrail tanklarına daş atdığı əks olunub.
Digər tərəfdən, 2002-ci ildən bəri ilk dəfə İsrail ordusu 23 fevral 2025-ci ildə işğal altındakı İordan çayının qərb sahilinə tanklarla daxil olaraq Cenin Qaçqınlar Düşərgəsinə qarşı hərbi əməliyyat başladıb.
21:35 09.03.2025
Oxunuş sayı: 1050