İran parlamentinin sədri: “Trampın danışıqlarla bağlı açıqlamaları yalandır”

Bu gün İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ prezidenti Donald Trampın ölkənin ali rəhbəri Xameneiyə məktub göndərməsinə və danışıqlar aparmaq təklifinə reaksiya verib:
“ABŞ prezidentinin İranla danışıqlar aparmaq iddiasına gəlincə, qeyd etmək lazımdır ki, Trampın digər ölkələrlə davranışı açıq şəkildə göstərir ki, bu açıqlamalar Vaşinqtonun siyasi doktrinasında imzaladığı, İranın tərksilah edilməsinə məcbur etmək məqsədi daşıyan danışıqların sadəcə olaraq imitasiyasıdır”.
Crossmedia.az-ın məlumatına görə, Qalibaf bildirib ki, “təhdid qılıncının kölgəsi altında yeni güzəştlərin tətbiqi gündəmi ilə aparılan heç bir danışıqlar sanksiyaların ləğvinə səbəb olmayacaq”.
Onun sözlərinə görə, “bu, İran xalqının alçaldılmasından başqa bir şey deyil”.
16:25 09.03.2025
Oxunuş sayı: 1592