ABŞ İranın İraqa elektrik enerjisi ixracına qadağa qoyacaq

ABŞ İranın İraqa elektrik enerjisi ixracına qadağa qoyacaq. Daha doğrusu Bayden administrasiyası dövründə İran İraqa elektrik enerjisinə görə gəlir əldə edə bilirdi. Bayden bu istiqamətdə istisna tətbiq etmişdi. Tramp administrasiyası bunu qadağan edəcək və bu icazəni uzatmayacaq.
Bu Xamneyinin danışıqlar təklifini rədd etdikdən sonra baş verib. Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən məlumat verir.
ABŞ maliyyə naziri qeyd edib ki, İran danışıqlar masasına gəlməzə onu çətin günlər gözləyir və ABŞ İrana təzyiqləri bütün istiqamətlərdə artıracaq.
15:45 09.03.2025
Oxunuş sayı: 1184