Tramp ABŞ Ordusunu tərifləyib

ABŞ prezidenti Donald Tramp Konqresdə çıxış edib. Trump, ABŞ Ordusunun bu ilin yanvar ayında son 15 ilin “ən yaxşı” işə qəbul ayı olduğunu açıqlayıb.
Tramp həmçinin ölkənin qabaqcıl "Qızıl Günbəz" raketdən müdafiə sistemini qurmaq üçün maliyyə ayrılmasına çağırıb.
Trampın sözlərinə görə, Amerika kəşfiyyat orqanları qoşunların Əfqanıstandan çıxarılması zamanı Kabildə amerikalı əsgərlərin ölümünə görə məsuliyyət daşıyan terrorçunu ələ keçirib.
Tramp Zelenskidən sülh danışıqları masasına oturmağa və nadir torpaq metalları ilə bağlı saziş imzalamağa hazır olduğunu bildirən məktub aldığını bildirib.
Tramp bildirib ki, o, Rusiya tərəfdən Ukrayna üzrə sülh danışıqlarına hazır olduqları barədə “güclü siqnallar” alıb.
09:45 05.03.2025
Oxunuş sayı: 3462