Ukrayna Quru Qoşunlarının komandanı fəlakəti etiraf edib

Ukrayna Quru Qoşunlarının komandanı generalı Mixaylo Drabati Novomoskovsk poliqonunda baş verən faciəni şərh edir: “Bu fəlakət birbaşa düşmənin zərbəsinin nəticəsidir və müharibə cəld qərarlar, məsuliyyət və yeni təhlükəsizlik standartları tələb edir, əks halda biz əldə etdiyimizdən daha çox itirəcəyik.
Həmin gün qərar qəbul edən və ya onları gecikdirən hər kəs cavab verəcək! Rəsmi hesabatların arxasında heç nə gizlənməyəcək.
Bürokratiya həqiqəti ört-basdır etməyəcək. Bütün məsul şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etmək üçün hərbi kəşfiyyatın iştirakı ilə müstəqil auditin keçirilməsinə göstəriş vermişəm.
Müharibə illərinə etinasızlıq etməyə davam edən, əsgərlərin təhlükəsizliyini təhdid edən köhnəlmiş prosedurlardan yapışan, döyüşmək əvəzinə əsgərləri üzərində nüfuzunu nümayiş etdirən hər kəs, Ukrayna ordusu üçün rüsvayçılıqdır”.
Verilən məlumata görə Rusiya raketi Ukrayna hərbi təlim bazasını hədəf alıb və nəticədə 150 ukraynalı əsgər və 30 əcnəbi təlimçi həlak olub. Zərbə Ukraynanın mərkəzində yerləşən əraziyə endirilib ki, bu da cəbhə xəttindən 100 km-dən çox məsafədə olub.
07:26 05.03.2025
Oxunuş sayı: 3112