Vens: "Bu müharibəni davam etdirmək mümkün deyil!"

"Nə ABŞ, nə Avropa, nə də Ukrayna Rusiyaya qarşı hərbi əməliyyatları davam etdirə bilər".
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti J.D. Vens deyib.
"Biz elə bir vəziyyətdəyik ki, nə Avropa, nə ABŞ, nə də ukraynalılar bu müharibəni davam etdirə biləcəklər. Ona görə də hər kəsin danışıqlar masasına oturması vacibdir", – deyə Vens jurnalistlərə açıqlamasında qeyd edib.
O, həmçinin prezident Donald Trampın Ukraynanın danışıqlara qayıdıb razılaşmanı müzakirə etməsi üçün aydın siqnal göndərməyə çalışdığını vurğulayıb.
20:59 04.03.2025
Oxunuş sayı: 486