Marin Le Pen ABŞ-ın Ukraynaya hərbi yardımı dayandırmasını pislədi

Fransada ifrat sağçı lider Marin Le Pen ABŞ-ın Ukraynaya hərbi yardımını dayandırmasına sərt reaksiya verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu qərarın qeyri-rəsmi xarakter daşımasını tənqid edərək, bunun Ukrayna əsgərlərinə qarşı qəddar addım olduğunu bildirib.
“Hesab edirəm ki, bu qərarın qeyri-rəsmiliyi pislənməlidir. Bu, öz ölkələrinin vətənpərvər müdafiəsinə rəhbərlik edən ukraynalı əsgərlərə qarşı çox qəddardır”, – deyə Le Pen vurğulayıb.
20:47 04.03.2025
Oxunuş sayı: 745