Tramp: "Daha maska yoxdur!"

ABŞ prezidenti Donald Tramp “Truth Social” hesabında paylaşım edərək, universitetlərdə və digər təhsil müəssisələrində “qanunsuz” nümayişlərə icazə verən qurumların federal maliyyələşmədən məhrum ediləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, o, həmçinin etirazlara qatılan “təxribatçıların” ya həbs ediləcəyini, ya da mənşə ölkələrinə deportasiya olunacağını açıqlayıb.
Trampın "Daha maska yoxdur!" ifadəsi ilə bitən bəyanatı, ABŞ-da ifadə azadlığı və nümayiş hüququ ilə bağlı mübahisələri alovlandırıb. Respublikaçılar Trampın açıqlamasını dəstəklədiyi halda, demokrat meylli dairələr bunu ifadə azadlığına qarşı bir addım kimi qiymətləndirir.
19:43 04.03.2025
Oxunuş sayı: 776