Ukrayna TBNM-də fəaliyyətini bərpa etmək istəyir

Ukrayna Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə fəaliyyəti bərpa etmək arzusunu ifadə edir.
Crossmedia.az xəbər verir ki, bu haqda “Ukrayna Dəmir Yolları” səhmdar cəmiyyətinin idarə heyətinin sədri Aleksandr Persovskiy Bakıda keçirilən “Orta dəhliz: Xəzər dənizi vasitəsilə əlaqə” mövzulu dəyirmi masada çıxışında danışıb.
O “Ukrayna Dəmir Yolları” SC-nin 2018-ci ildən etibarən TBNM beynəlxalq assosasiyasının daimi üzvü olduğunu xatırladıb.
“Bu nəqliyyat dəhlizinin inkişafı üzrə TBNM bütün iştirakçılarının gördükləri işlərin vacibliyini vurğulamaq istəyirəm. Şərqi Asiyadan Qərbi Avropaya alternativ marşrutun əhəmiyyətindən nə qədər danışsaq azdır və onun üzərindən həyata keçirilən daşınma həcmlərindəki artım öz sözünü deyir. Ukrayna geosiyasi hadisələr ucbatından TBNM-dəki fəaliyyətini dayandırmağa məcbur qalıb və biz bu layihədə iştirakımızı bərpa etmək niyyətimizi bugün böyük məmnuniyyətlə bəyan edirik. Gürcüstanla bərə nəqliyyatının bərpa olunması üzrə aktiv işlər aparılır. Bu təkcə TBNM marşrutunu Ukraynadan keçməklə Avropa ölkələrinə qədər uzatmağa imkan verməyəcək, həm də ölkələrimiz arasında əvvəlki iqtisadi əlaqələri bərpa etməyimizə kömək olacaq”, -deyə o bildirib.
18:35 04.03.2025
Oxunuş sayı: 554