Vladimir Putin və Min Aun Hlayn Kremldə danışıqlara başladılar

Rusiya Prezidenti Vladimir Putin və Myanma Baş naziri Min Aun Hlayn Kremldə görüş keçirir.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, liderlər iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi və aktual beynəlxalq məsələləri müzakirə edəcəklər.
Danışıqların geniş tərkibdə nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilməsi və rəsmi nahar zamanı müzakirələrin aparılması planlaşdırılır. Görüş çərçivəsində Putin və Aun Hlaynın birgə bəyanat verməsi, eləcə də hökumətlərarası və idarələrarası bir sıra sənədlərin imzalanması gözlənilir.
18:29 04.03.2025
Oxunuş sayı: 720