Rusiya ABŞ-İran nüvə danışıqlarında vasitəçiliyə hazırdır

Rusiya ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda vasitəçi olmağa razılaşıb. Bloomberg-in məlumatına görə, bu barədə ABŞ-ın prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında xahiş edib, daha sonra bu mövzu ABŞ və Rusiya nümayəndə heyətləri arasında Ər-Riyadda keçirilən görüşdə davam etdirilib.
Crossmedia.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov agentliyə açıqlamasında bildirib ki, "Rusiya hesab edir ki, ABŞ və İran bütün problemləri danışıqlar yolu ilə həll etməlidirlər və Moskva buna nail olmaq üçün əlindən gələni etməyə hazırdır". İran Xarici İşlər Nazirliyinin nümayəndəsi isə Rusiyanın Tehran və Vaşinqton arasında vasitəçilik təklif edib-etmədiyi ilə bağlı suala cavab olaraq bildirib ki, ölkələrin öz yardımını təklif etməsi təbii haldır.
Bundan əvvəl İran prezidenti ABŞ-la dialoq aparmaqda maraqlı olduğunu bildirmişdi. Lakin məlumatlara görə, İranın ali rəhbəri Ayətullah Əli Xameneyi danışıqlar aparmağı qadağan edib.
Pərvin Hacıyeva
16:41 04.03.2025
Oxunuş sayı: 525