ABŞ: Zelenski sülhü müzakirə etmədən geri qayıda bilməz

ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski sülh razılaşmasının detallarını müzakirə etməkdən imtina etdikcə, Oval kabinetə və ya hər hansı digər mühüm platformaya qayıda bilməyəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Vensin sözlərinə görə, Zelenski ABŞ prezidenti Donald Trampla görüş zamanı sülh prosesində iştirak etmək istəmədiyini nümayiş etdirib. Vitse-prezident qeyd edib ki, Tramp əvvəlcə nəzakətli davranıb, baxmayaraq ki, Zelenski ona qarşı "tənqidi ifadələr" işlədib və yalan danışıb.
ABŞ-nin vitse-prezidenti vurğulayıb ki, mümkün sülh razılaşması heç kəsi tam razı salmayacaq və tərəflər güzəştlərə getməli olacaqlar.
Onun sözlərinə görə, Avropa ölkələri Ukraynaya ictimai dəstək versələr də, Zelenskini münaqişəni dayandırmağa razı salmaq üçün pərdəarxası danışıqlar aparmalıdırlar.
Ukraynanın təhlükəsizliyinə təminat məsələsinə toxunan Vens bildirib ki, ən yaxşı yol Ukraynaya iqtisadi perspektivlər təqdim etməkdir.
"Bu, 30-40 ildir müharibə aparmayan ölkədən 20 min hərbçi göndərməkdən daha etibarlı təminatdır", – deyə o əlavə edib.
Fatimə Məmmədova
10:44 04.03.2025
Oxunuş sayı: 598