Abxaziyada separatçı lider prezident seçildi

Abxaziyada keçirilən mübahisəli prezident seçkilərində Badra Gunba qalib gəlib. Separatçı bölgənin Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə görə, Gunba ikinci turda səslərin 54.73%-ni toplayaraq rəqibi Adgur Ardzinbanı (41.54%) məğlub edib.
Beynəlxalq reaksiya
Gürcüstan hökuməti və beynəlxalq ictimaiyyət Abxaziyanı Gürcüstanın ayrılmaz hissəsi kimi tanıyır və bölgədə keçirilən seçkiləri "ölkənin suverenliyinin və ərazi bütövlüyünün pozulması" kimi qiymətləndirir. Qərb ölkələri və beynəlxalq təşkilatlar bu seçkiləri legitim hesab etmir.
Gunbanın vədləri və bölgənin vəziyyəti
Dövlət mediasının yaydığı məlumata görə, Gunba seçkilərdə ona dəstək verənlərə təşəkkür edib və Abxaziyanı "müstəqil, azad və firavan" etmək üçün çalışacağını bildirib. Lakin bölgə ciddi sosial-iqtisadi problemlərlə üzləşir. Son aylarda Abxaziyada elektrik enerjisi böhranı dərinləşib. Problemin əsas səbəbi su elektrik stansiyalarında su səviyyəsinin aşağı olması və bölgədə geniş miqyasda kriptovalyuta hasilatının aparılmasıdır.
Gunbanın prezident postunda Abxaziyanın gələcəyi ilə bağlı hansı addımlar atacağı və bölgənin beynəlxalq statusuna təsir edib-etməyəcəyi hələlik sual altındadır.
22:44 03.03.2025
Oxunuş sayı: 1114