Donald Tusk: Avropa qlobal güc olduğuna inamını itirib

Polşanın baş naziri Donald Tusk Avropanın təhlükəsizlik siyasəti ilə bağlı narahatlığını ifadə edib.
Crossmedia.az xəbər verir ki, o, Rusiyanın artan təhdidinə qarşı Avropanın ABŞ-dən asılı vəziyyətə düşdüyünü bildirib.
“500 milyon avropalı 300 milyon amerikalıdan onları 140 milyon rusa qarşı müdafiə etməyi xahiş edir. Bu gün Avropa həqiqətən qlobal güc olduğuna inamını itirib”, – deyə Tusk qeyd edib.
Onun sözlərinə görə, Avropa İttifaqı və NATO öz müdafiə gücünü artırmalı və təhlükəsizlik sahəsində daha müstəqil siyasət yürütməlidir. Polşa hökuməti uzun müddətdir ki, Rusiyanın aqressiv siyasətinə qarşı sərt mövqe nümayiş etdirir və Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsini tələb edir.
Fidan Xəlilova
23:00 02.03.2025
Oxunuş sayı: 1509