Belqorodda azyaşlıların istismarına görə Albert Qriqoryan həbs edildi

Rusiyanın Belqorod vilayətində azyaşlıların cinsi istismarı ilə bağlı qanunsuz bordel təşkil edən Albert Qriqoryan 2.5 il müddətinə azadlıqdan məhrum edilib.
Crossmedia.az xəbər verir ki, Qriqoryan bir vaxtlar yerli kazak partiyasına rəhbərlik edib, lakin “nalayiq davranışına” görə oradan uzaqlaşdırılıb. Ətraflı səbəblər açıqlanmayıb. O, həmçinin biznesmen kimi tanınır və Belqorodda “Vegas” adlı gecə klubuna sahib olub. Məhz həmin klubda azyaşlı qızların fahişəliyə cəlb edildiyi bildirilir.
Qeyd edək ki, Qriqoryan əvvəllər də qanunsuz fəaliyyətlə məşğul olub. 2016-cı ildə o, Starıy Oskol, Novıy Oskol, Oboyan, Voronej, Belqorod, Alekseyevka və Biryuç şəhərlərində qanunsuz qumarxanalar şəbəkəsi təşkil etdiyinə görə bir il müddətinə həbs olunmuşdu.
Fidan Xəlilova
22:40 02.03.2025
Oxunuş sayı: 1758