KİV: "Qızıl unitazın oğurlanması işi üzrə məhkəmə prosesi başlayıb"

Böyük Britaniyada qızıl unitazın oğurlanması işi üzrə məhkəmə prosesi başlayıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, 14 sentyabr 2019-cu ildə beş nəfər iki avtomobillə Blenheym sarayının darvazasını sındırıb.
Daha sonra onlar pəncərəni qıraraq saraya daxil olublar.
Unitazı gürzlə çıxardaraq hadisə yerindən qaçıblar. Cinayətkarların bütün əməliyyatı cəmi beş dəqiqə çəkdi.
"Amerika" adlı bu əsər 6 milyon dollar dəyərində sığortalanmışdı. 98 kq ağırlığında olan unitaz turistlərin maraq mərkəzi və UNESCO-nun Dünya İrsi obyektlərindən biri idi. Onun harada olduğu hələ də məlum deyil.
İstintaq hesab edir ki, unitaz hissələrə parçalanaraq satılıb.
02:45 03.03.2025
Oxunuş sayı: 1433