Kir Starmer Ukrayna-Rusiya münaqişəsini bitirməkdə İDDİALIDIR

London və Paris Kiyevlə Ukrayna münaqişəsinin başa çatdırılması planı üzərində çalışacaq.
Crossmedia.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib.
Kir Starmer deyib ki, daha sonra bu plan Vaşinqtonla müzakirə olunacaq.
Böyük Britaniyanın Baş naziri qeyd edib ki, Londonda baş tutacaq sammit münaqişənin həllindən sonra Ukraynanın təhlükəsizliyini təmin etmək üçün könüllü hərbi koalisiyanın yaradılmasına həsr olunub.
Qeyd edək ki, bu gün Londonda Avropa Təhlükəsizlik Sammiti keçiriləcək.
14:46 02.03.2025
Oxunuş sayı: 2132