ABŞ senatoru: “NATO-nu tərk etmək vaxtı çatıb”

ABŞ senatoru Mayk Li ölkəsinin NATO-dan çıxmasının zamanının gəldiyini bəyan edib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, o, bu barədə sosial mediada paylaşım edərək, NATO-nun ABŞ üçün artıq faydalı olmadığını iddia edib.
İlon Mask senatorun fikrini dəstəkləyib və daha da irəli gedərək ABŞ-ın Birləşmiş Millətlər Təşkilatını (BMT) da tərk etməli olduğunu bildirib.
Mədinə Cəlilova
13:10 02.03.2025
Oxunuş sayı: 3380