İran Prezidenti impiçment olunacaq iqtisadiyyat nazirini müdafiə edəcək

İran prezidenti Məsud Pezeşkian iqtisadiyyat naziri Əbdünnaser Hemmətinin impiçment prosesində onu müdafiə etmək üçün parlamentə yollanıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Bildirilir ki, nazirin vəzifədən kənarlaşdırılması təklifi valyutanın bahalaşması ilə bağlı irəli sürülüb.
Hazırda İran parlamentində məsələ müzakirə edilir. Prezidentin mövqeyi və parlamentin yekun qərarı yaxın günlərdə bəlli olacaq.
10:25 02.03.2025
Oxunuş sayı: 2470