Slovakiya Ukraynaya dəstəyi dayandırır

Slovakiyanın Baş naziri Robert Fitso ölkəsinin bundan sonra Ukraynaya nə hərbi, nə də maliyyə yardımı göstərəcəyini bəyan edib. Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Güc yolu ilə sülh strategiyası illüziyadır. Ukrayna heç vaxt danışıqlara hərbi üstünlük mövqeyindən gedəcək qədər güclü olmayacaq. Biz bu münaqişəni daha da alovlandırmaq istəmirik", – deyə Fitso bildirib.
O, həmçinin martın altısında keçiriləcək növbəti Avropa İttifaqı (Aİ) sammitinin gündəliyinə dərhal atəşkəsin təmin edilməsi məsələsinin daxil edilməsini təklif edib.
"Əgər Avropa Şurası total müharibəyə qarşı olan səsləri görməzdən gəlsə, Ukrayna ilə bağlı vahid mövqeyin formalaşdırılması mümkünsüz ola bilər", – o vurğulayıb.
Baş nazir bununla Slovakiyanın Aİ səviyyəsində gələcək qərarları bloklaya biləcəyinə işarə edib.
Fatimə Məmmədova
22:45 01.03.2025
Oxunuş sayı: 1824