Koreyada Yun Sok Yola qarşı etiraz dalğası

Cənubi Koreyanın paytaxtı Seulda ölkənin prezidenti Yun Sok Yolun impiçmentinə qarşı kütləvi nümayiş və paralel olaraq dövlət başçısı əleyhinə etiraz aksiyası keçirilir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Seulun mərkəzində yerləşən Kvanhvamun meydanında mühafizəkarlar və dini təşkilatların Sok Yola dəstək aksiyasına toplaşıb.
Nümayişə xristian vaiz Çon Qvan Hun başçılıq edir. Polisin ilkin hesablamalarına görə, aksiyaya 60 minə yaxın insan qatılıb.
Paralel olaraq mühafizəkarların Yoiodo rayonunda təşkil etdiyi analoji aksiyada isə 28 min nəfər bir araya gəlib.
Bu gün həm də Seulda Konstitusiya məhkəməsinin yaxınlığında yerləşən ərazidə əks mövqedə olan və prezident Yun Sok Yolun hakimiyyətdən kənarlaşdırılmasını tələb edən etirazçıların kütləvi aksiyası keçirilir. Aksiyaya yaxın zamanda beş müxalifət partiyası, o cümlədən, “Toburo” demokratik partiyasının qoşulacağı bildirilir. Bu baxımdan, nümayişin daha kütləvi keçəcəyi, 100 minə yaxın insanın qatılacağı gözlənilir.
Qeyd edək ki, Yun Sok Yol yanvarın 15-də saxlanılıb, məhkəmə isə yanvarın 19-da onun barəsində həbs qətimkan tədbiri seçib.
20:04 01.03.2025
Oxunuş sayı: 918