KİV: Tramp və Zelenskinin görüşü gərginliyi daha da artırıb

Oval kabinetdə ABŞ və Ukrayna prezidentləri arasında baş verən beynəlxalq görüşə, media müxtəlif və mübahisəli reaksiyalar bildirdi. Dünya xəbər agentlikləri bu hadisəni böyük gərginlik, açıq düşmənçilik və diplomatik fəlakət kimi qiymətləndirdi.
AP: Görüş “açıq düşmənçiliyə” çevrildi deyə paylaşım edib.
CNN: Tramp və Zelenskinin görüşü mübahisəyə çevrildi.
NBC: Zelenskinin Tramp və Venslə görüşü “gözlənilməz qarşıdurmaya” çevrildi.
Reuters: İki ölkə lideri arasında Oval kabinetdə mübahisə baş verdi.
Telegraph: “Bunu diplomatik fəlakətdən adlandırmaqdan başqa heç bir şey etmək olmaz” deyə sərt reaksiya bildirdi.
NYT: Rusiya təzyiqi altında olan Zelenski, Trampı sakitləşdirmək üçün heçnə etmədi və nəticədə ABŞ prezidentinin əsəbi reaksiya göstərdiyini dedi.
WSJ: Dövlət başçıları arasında olan Ağ Evdəki görüş zamanı gərginlik daha da artdı.
WP: Görüş, bar davalarını xatırladan qeyri-adi hadisə kimi qiymətləndirildi; Çünki Tramp və Cey Di Vens Zelenskidən hörmət və minnətdarlıq tələb edirdilər.
Beynəlxalq Xəbər agentliklərinin fərqli rəyləri bunu göstərir ki, Oval kabinetdəki görüş həm emosianal,həm də mübahisəli anlara səbəb olub.
Mədinə Cəlilova
11:40 01.03.2025
Oxunuş sayı: 1142